“ABŞ son 35 ildə ilk dəfə ötən həftə Səudiyyə Ərəbistanından neft idxal etməyib. Nəticədə ABŞ-da anbarlarda saxlanılan kommersiya neft ehtiyatları 8 milyon barel azalıb”.
Teleqraf.com xəbər verir ki, bunu energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyib.
Ekspert bildirib ki, ötən il aprel ayında ABŞ-da neftin qiymətlərinin mənfi həddə düşməsinin səbəbkarlarından biri kimi Səudiyyə Ərəbistanı göstərilirdi: “Belə ki, qiymət savaşlarının başlaması fonunda Səudiyyə Ərəbistanı ABŞ-a böyük həcmlərdə neft ixrac edərək bazarda izafi neft həcmlərinin yaranmasına, nəticədə anbarların sürətlə dolmasına səbəb olmuşdu.
O tarixdən etibarən ABŞ Səudyyə Ərəbistanından neft idxalını tədricən azaltma yoluna gedib.
Görünür, Səudiyyə Ərəbistanının fevral və mart aylarında könüllü hasilat azaltması qərarına təsir edən faktorlardan biri də ABŞ kimi böyük bir bazarı tədricən itirməsidir”.