8 Yanvar 2021 15:06
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal qida qiymətləri indeksi 2020-ci ildə orta hesabla 97.9 bəndə çatıb və bu, son üç ilin ən yüksək göstəricisidir.

Teleqraf.com BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən xəbər verir ki, dünya qida qiymətləri dekabr ayında süd məhsulları və bitki mənşəli yağlar başda olmaqla ardıcıl yeddinci ayda da artıb.

Dekabr ayında orta hesabla 107,5 olan indeks aylıq 2,2 faiz artıb.

FAO Qida Qiymət İndeksi dekabr ayında 107.5 bəndə çatıb, bu, noyabr ayı ilə müqayisədə 2.2 faiz çoxdur.

FAO Taxıl Qiymət İndeksi dekabrda bir əvvəlki ayla müqayisədə 1.1 faiz, 2020-ci ildə isə 6.6 faiz yüksəlib. Dekabr ayında buğda, qarğıdalı və düyünün ixrac qiymətləri Rusiya daxil Şimal və Cənubi Amerikadakı məhsul proqnozları narahatlıqlarına görə qismən artıb.

2019-cu illə müqayisədə 2020-ci ildə düyü ixrac qiymətləri 8.6 faiz, qarğıdalı və buğda isə müvafiq olaraq 7.6 faiz və 5.6 faiz bahalaşıb.

Bitki mənşəli Yağ Qiymət İndeksi isə dekabr ayında 4.7 faiz artaraq 2012-ci ilin sentyabr ayından bu yana ən yüksək səviyyəsinə çatıb. Qiymətlərdəki yüksəliş əsasən, palma yağı istehsal edən ölkələrdə istehsalın aşağı düşməsi və İndoneziyadakı ixrac vergilərindəki artımla əlaqədardır.

Argentinadakı tətillər səbəbindən qismən yüksələn beynəlxalq soya yağı qiymətləri indeks 2020-ci ildə 19.1 faiz artıb.

FAO Süd Məhsulları Qiymət İndeksi də dekabr ayında 3.2 faiz artıb. Əlverişsiz hava şəraitilə əlaqədar bir sıra ölkələrdə süd istehsalının azalması, Qərb Avropada isə tələbin artması qiymətlərin artmasına səbəb olub.

FAO Ət qiymət İndeksi dekabr ayında 1.7 faiz artıb. Xüsusilə Orta Şərqdən artan idxal tələbi, istehsalçı ölkələrdəki yüksək daxili satışlar və Avropadakı quş qripi epidemiyalarının mənfi təsiri ilə daha da canlanan ev heyvanı ət qiymətləri ilin son ayında da artıb.

FAO Şəkər Qiymət İndeksi isə noyabrda diqqətə çarpan artımın ardından dekabr ayında 0.6 faiz düşüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər