Dünyanın aparıcı kriptovalyutası bitkoin kəskin dəyər itirib.
Teleqraf.com xəbər verir ki, bitkoin son 24 saatda 34 min dollara qədər geriləyib.
Rəqəmsal valyutanın məzənnəsi Yeni ilin ilk günlərində 41.946 dollarlıq səviyyəni keçmişdi.
Təcrübəli strateqlər sərt enişin səbəbini ABŞ istiqrazlarındakı artımın təsirində görürlər.
Azalma rəqəmsal kriptovalyutaların ümumi bazar həcminə də təsir edib. Belə ki, bazarların həcmi təxminən 160 milyard dollar azalaraq 946,97 milyard dollara düşüb.
Qeyd edək ki, ötən həftə kriptovalyuta bazarlarının ümumi dəyəri 1 trilyon dollar həddini keçmişdi.
Ümumilikdə kriptovalyutanın alınıb-satıldığı 34 min 370 bazarda ümumi bazar həcminin 68.7 faizini bitkoin təşkil edib.