İraq ABŞ-a və Asiya bazarına ixrac etdiyi xam neftin qiymətlərini artırıb, Avropaya tətbiq olunan bütün tarifləri isə azaldıb.
Teleqraf.com xəbər verir ki, OPEC-in ikinci ən böyük istehsalçısı olan İraq fevral ayı üçün Asiya bazarına satdığı “Bəsrə” yüngül, orta və ağır xam neft qiymətlərini 70 sent artırıb.
Ölkə ABŞ-a tədarük etdiyi bəzi neft növlərinin qiymətlərini artırarkən, Avropa bazarı üçün bütün neft növünə 80 sentlik endirim edib.
İxracatçı ölkələrin yeni endirimləri və qiymət artımları neftin dünya bazar qiymətlərinə təsir etməyə başlayıb. Belə ki, brent markalı neftin bir bareli yenidən 55 dollardan yuxarı qalxıb.