21 Yanvar 2021 09:59
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyənin pomidor ixracatına tətbiq olunan kvotanı 250 min tona qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan məlumat verib.

Nazir Tvitter hesabında qeyd edib ki, Rusiya tərəfindən pomidor ixracatı üçün tətbiq olunan kvota 200 min tondan 250 min tona qaldırıldı: "Rusiyanın məsələ ilə bağlı fərmanının təsdiqlənmə prosesi başa çatdı. Fərman 10 gün sonra qüvvəyə minəcək. Fermerlərimizə, ixracatımıza xeyirli olsun".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər