26 Yanvar 2021 12:23
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyti 2021-2022 maliyyə ilində təxminən 12,1 milyard dinar (40 milyard dollar) büdcə kəsiri gözləyir.

Teleqraf.com xəbər verir ki, ölkənin Maliyyə Nazirliyi büdcə xərclərinin 23 milyard dinar (76 milyard dollar) olacağını açıqlayıb.

Açıqlamaya görə, eyni dövrdə büdcə gəlirləri 10,9 milyard dinar (36 milyard dollar) olacaq, bu səbəblə kəsirin 40 milyard dollar olduğu təxmin edilir.

Küveyt hökuməti qlobal bazarlarda xam neft qiymətlərindəki yaxşılaşma ilə cari maliyyə ili büdcə proqnozlarına görə 62 faiz artımla təxminən 9,12 milyard dinar (30,1 milyard dollar) neft gəliri gözləyir.

Keçən il Küveyt Milli Məclisi dövlət xəzinəsindəki likvidliyi artırmaq məqsədilə “Gələcək Nəsillər Ehtiyat Fondu”nun xeyrinə neft gəlirlərindən 10 faiz azalmanı dayandırmaq üçün qanuna dəyişikliyi təsdiqləmişdi. Dəyişikliyə görə, büdcə kəsirinin bir hissəsini ödəmək üçün 12 milyard dollar büdcəyə köçürüləcəkdi.

Küveytdə maliyyə ili 1 aprel və növbəti ilin 31 mart tarixləri arasında aparılır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər