Pandemiya ilə bağlı stimul paketləri tətbiq olunarsa, ABŞ 2022-ci ildə tam məşğulluğa qayıda biləcək, əks təqdirdə məşğulluq və iqtisadiyyat ləng şəkildə bərpa olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Canet Yellen deyib.
Nazir məşğulluq bazarındakı tarazlığın itməsindən ehtiyatlandığını da dilə gətirib: “Aşağı əmək haqqına çalışanlar, azlıqlar və qadınlar uzun sürən iqtisadi yavaşlamadan ən çox əziyyət çəkən qruplar olacaq. Məşğulluq bazarında dibsiz çuxurdayıq. Çox uzun bir yol var”.
Yellen bildirib ki, yetərsiz dəstək paketi olduğu təqdirdə məşğulluq bazarının bərpası 2025-ci ilə qədər gecikə bilər: “Etiraf edək ki, ABŞ Prezidenti Co Baydenin 1,9 trilyon dollarlıq stimullaşdırma paketinin birbaşa məşğulluğa yönəlməyib. Xərcləmə paketi işçi tələbatı yaradacaq”.