24 Fevral 2021 00:55
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple” 2020-ci ilin son rübündə “Samsung”u geridə qoyaraq smartfon bazarında birinci olub.

Teleqraf.com xəbər verir ki, bazar araşdırma şirkəti “Gartnerə” görə, texnologiya nəhəngi son rübdə təxminən 80 milyon satışla bütün telefon istehsalçılarını geridə qoyub.

Hesabata görə, “Apple” 2016-cı ildən bəri ilk dəfə bazarda lider olub.

Rəqəmlər göstərir ki, “Apple” pandemiya dövrünü rəqiblərindən daha yaxşı keçirib. “Gartner”in araşdırması yeni “iPhone 12”modellərinin də bazara sürətlə daxil olduğunu göstərir. Zirvəni fəth etdiyi son rübdə “iPhone 12” hələ satışa çıxarılmamışdı.

“Gartner”in məlumatına görə, 2020-ci ildə pandemiya səbəbindən qlobal smartfon satışları 5,4 faiz azalıb, “Apple” satışları isə 3,3 faiz artıb.

2020-ci ildə ən çox satışı “Samsung” edib. Bu dövrdə satışlarda ən böyük azalma 24,1 faizlə ABŞ sanksiyalarına məruz qalan “Huawei”də olub.

Beynəlxalq məlumat şirkəti “IDC” isə eyni dövrdə “Apple”in telefon satışlarının 90,1 milyon olduğunu açıqlayıb. Şirkətin hesablamasına görə, keçən ilin son rübündə “Apple”in “iPhone”dan gəliri 17 faiz artaraq 65,6 milyard dollara çatıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər