24 Fevral 2021 20:56
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin iqtisadi böyümə proqnozları 4 bənddən 6 bəndə yüksəlib. Biz daha çoxuna layiqik. ABŞ-la Çin arasında rəqabət gücləndikcə Türkiyənin əhəmiyyəti daha da artacaq”.

Teleqraf.com xəbər verir ki, Mərkəzi Bankın və “Fitch” beynəlxalq reytinq agentliyinin Türkiyəyə dair qərarlarını şərh edən iqtisadçı Cuneyt Paksoy bu fikirdədir.

Cuneyt Paksoy pandemiya dövründə ölkələrin istehsal motivasiyasının güclü olması üçün tədbirlər görməsinə diqqət çəkib: “Bir çox ölkələrdə bu dövr tənəzzüllə sona çatdı. Bu rəqəmlər ölkələrin hesabatlarında da əks olunur. Türkiyədə inflyasiya sürüşməsi baş verdi. Son rəqəmlər martın 1-də açıqlanacaq. Bu dövrü Türkiyə böyümə ilə başa vuracaq.

Kredit reytinq agentliklərinin siyasəti dəyişəcək. Qlobal miqyasda risklər var. Türkiyə proaktiv şəkildə irəliləyiş əldə edəcək. ABŞ-la Çin arasında rəqabət gücləndikcə Türkiyənin əhəmiyyəti artırmağa başlayacaq”.

İqtisadçının qənətincə, pandemiya dövrü tədricən başa çatır: “Onu da qeyd edim ki, ”Fitch” Türkiyənin tədbirlərinə pozitiv baxır. Bu prosesə ən tez adaptasiya olunan Türkiyənin daha sürətlə böyüyəcəyi gözlənilir. Türkiyədəki böyümənin 4 baldan 6 bala yüksələcəyi təxmin edilir. Ölkə qarşıdakı dövrdə inflyasiya və böyümə baxımından əhəmiyyətli mərhələlərdən keçəcək. Xüsusilə xarici reytinq agentlikləri Türkiyədə inflyasiyanın təkrəqəmli olacağına dair proqnozlar verirlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər