Sürətlə bahalaşan bitkoinin nominasiyasında bu gün yenidən qiymət azalması baş verib.
Teleqraf.com xəbər verir ki, son sutkada 48-51 min dollar arasında dəyişən bitkoin 2.53 faiz azalaraq 49 min 871.35 dollara düşüb.
Kriptovalyutanın həftəlik itkisi 4.07 faiz olaraq hesablanır.
Bitkoinin ümumi bazar həcmi də təxminən 24 milyard dollar azalaraq 927 milyard dollara düşüb.