17 Mart 2021 14:20
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Co Baydenin enerji gündəliyi dünya bazarlarında nefti yenidən bahalaşdırıb. İki gün öncə Ağ Evin yeni vergi paketi ilə bağlı açıqlaması neftin dünya bazar qiymətlərini azaltmışdı. 9 maddəlik “Təmiz Enerji İnqilabı” adlandırılan bu planın icrası ABŞ-da neft hasilatının azalmasına gətirib çıxara bilər ki, bu da bazara təsirsiz ötüşməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, neft bazarında volatillik hələ də səngiməyib: “Hələlik bazarda qiymətlərin stabilliyinə zəmin yaradacaq faktorlar tam formalaşmayıb. Vaksinasiyanın qlobal genişlənməsinə baxmayaraq hələ də pandemiyanın nə zaman sonlanacağı bəlli deyil.

Bu isə o deməkdir ki, hələlik strateji bazarlara pandemiya ən çox təsir göstərən faktor olaraq qalmaqdadır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər