25 Mart 2021 23:57
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə pandemiyadan ən çox zərər görən turizm və səyahət sektorlarının dünya miqyasında ümumi zərəri 4,5 trilyon dollara çatıb.

Teleqraf.com Dünya Turizm və Səyahət Şurasının (WTTC) illik hesabatına istinadla xəbər verir ki, sektorun qlobal gəlirə verdiyi töhfə əvvəlki ilə nisbətən 49,1 faiz azalaraq 9 trilyon dollardan 4,6 trilyon dollara düşüb.

Bu dövrdə qlobal gəlir itkisi 3,7 faiz olub.

WTTC-nin məlumatına görə, iki sənayedə ümumilikdə 62 milyon insan işini itirib.

Məlumata görə, koronavirusun mutasiyaya uğramış yeni növləri və vaksinasiyada istənilən sürətin əldə edilməməsi səbəbiylə səyahət məhdudiyyətləri 2021-ci ildə davam edəcək.

Aralıq dənizi ölkələrinin, xüsusən İngiltərə və Almaniya kimi ölkələrdən turist axınının təmin edilməsi məqsədilə peyvənd sertifikatı və ikitərəfli razılaşmalarla danışıqlar aparıldığı da bildirilib.


Müəllif: Yeganə Oqtayqızı