12 Aprel 2021 23:19
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın "Maersk Drilling" şirkətinin "Maersk Explorer" qazma qurğusu "Şahdəniz" qaz kondensat yatağında keçirdiyi işlər cədvələ uyğun başa çatıb.

Bu barədə Teleqraf.com-a şirkətdən bildiriblər.

Qeyd olunub ki, son 9 il ərzində "Maersk Drilling" tərəfindən qazılan qurğuların sayı 22-yə çatıb: "Biz Xəzər dənizində qazma qurğularının işə salınması üçün istənilən imkanlarda maraqlıyıq".

Qeyd edək ki, "Maersk Explorer" "İstiqlal" qazma qurğusu ilə birgə "Şahdəniz" yatağının işlənməsi çərçivəsində 20 quyu qazıb və onlardan 16-sı artıq başa çatdırılıb.


Müəllif: Teleqraf.com