2021-ci ildə Azərbaycan dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 0,2 faizinə bərabər olacaq.
Teleqraf.com xəbər verir ki, bu göstərici 2020-ci ildə ÜDM-in 6,5 faizinə bərabər idi.
Hesabata əsasən, 2022-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri ÜDM-in 0,7 faizinə bərabər olacaq:
"Bu, daha yüksək neft qiymətləri ilə bağlı gəlirlərin kəskin artması ilə, OPEC+ sazişi çərçivəsində hasilat kvotalarının mərhələli şəkildə artırılması ilə və qeyr-neft ÜDM-in bərpası ilə əlaqədardır".