2 İyun 2021 12:21
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib. Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbatın daha da artacağı gözlənilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq: “Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir.

Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirəlayiqdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər