15 İyun 2021 12:51
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycana səyahətə gələn xarici turistlər öz vətənlərinə “Azərxalça”nın xalçalarını alaraq qayıda biləcəklər.

Bununla bağlı Teleqraf.com-a “Azərxalça” ASC-dən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) “Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başlayıb. Turistlər burada kiçik ölçülü suvenir xalçalarla yanaşı, böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.

Azərbaycan xalçalarının ölkədə ən böyük istehsalçısı olan “Azərxalça” ASC yaxın zamanlarda müxtəlif məkanlarda çox saylı satış nöqtələrini açmaqla yanaşı tarixdə ilk dəfə özünün ilk və ən böyük mağaza – showroom- un təqdimatını edəcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər