25 İyun 2021 13:38
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük kriptovalyuta mədən maşınları istehsal edən “Bitmain”in cihazlarının satışı dayandırılıb.

Teleqraf.com xəbər verir ki, şirkətin fəaliyyətinin dayanmasına səbəb son vaxtlar rəqəmsal valyutalar üzərində böyük təzyiq yaradan Çin hökumətinin qərarları olub.

Çin son həftələrdə maliyyə əməliyyatlarında və bank işində kriptovalyutaların istifadəsini qadağan edib, eyni zamanda kriptovalyuta mədənçiliyinə dövlət əsaslı bir qadağa da tətbiq edib.

Mədən cihazlarının satılmaması və işlədilməməsi səbəbindən kriptovalyuta bazarlarındakı aktivliyin azalacağı gözlənilir.

“Bitmain” bundan sonra məhsullarının Çində satmayacağını açıqlayıb. Şirkətin açıqlamasına görə, Pekin rəhbərliyinin mədənçiliyə qoyduğu qadağadan sonra satış təzyiqini azaltmaq üçün məhsulların satışı dayandırılır: "Sektoru problemsiz sənayeyə çevirmək üçün “Antminer” maşınların satışını qlobal olaraq dayandırdıq. Xaricdə keyfiyyətli enerji təchizatı axtarırıq”.

Şirkət çinli mədənçilərin ucuz elektrik enerjisi üçün Belarus, İsveç, Norveç, Anqola və Konqonun təkliflərini dəyərləndirdiklərini bəyan edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər