4 Noyabr 2014 19:35
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllik istehsal gücünü 1 mln. tona çatdırılan “Baku Steel Company” MMC istehsal etdiyi çoxçeşidli məhsulların-pəstah, tikinti armaturları, polad məftil və künclüklərin qiymətini 720 manatdan 590 manata endirib. Bu barədə Teleqraf.com-a “Baku Steel Cоmpany” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qiymət endirimi məhsulların keyfiyyət göstəricilərinə təsir etməmiş, əksinə SGS, BAM, İntertek kimi keyfiyyətə nəzarət edən beynəlxalq şirkətlərin və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun hesabatlarında keyfiyyət göstəricilərinin qiymət endirimindən sonra da yüksək səviyyədə olduğu qeyd edilib.

Məhsulların qiymət və keyfiyyətinin optimallaşdırılması təkcə daxili bazara deyil, həm də Azərbaycana qonşu olan ölkələrə də (Rusiya, Gürcüstan, Türkmənistan) məhsullarının ixrac olunmasında rəqabətyönlü qiymətlərin təklif edilməsinə şərait yaratmışdır. Son aylarda bağlanan müqavilələr də bunun bariz nümunəsidir.

Şirkətdə uğurla həyata keçirilən texnoloji proseslərin optimallaşdırılması, investisiya siyasətinin gücləndirilməsi, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar inkişafı təmin edən başlıca komponentlərdən biri olmaqla bu gün də davam etdirilməkdədir. Bu islahatların bəhrəsi olaraq “Baku Steel Company” MMC gələcəkdə də keyfiyyətin daim yüksək standartlarla təmin edilməsi və qiymət endirimi sahəsindəki siyasətini davam etdirəcəkdir.


Müəllif:

Oxşar xəbərlər