"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:16 üçun (Bakı vaxtı) 1,1 faiz artaraq 77 dollar/barel təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu gün "Brent" markalı neftin qiyməti artmağa davam edib və 77,08 dollar/barel səviyyəsinə çatıb.
Son dəfə "Brent" markalı neft qiyməti 2018-ci ilin 29 oktyabr tarixində 77 dollardan çox olub.
"WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 1,35 faiz artaraq 75,36 dollar/barel təşkil edib.