7 Noyabr 2014 22:58
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Moltereri qəbul edib.

Teleqraf.com-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ş. Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla uğurla əməkdaşlıq etdiyini, Avropa İnvestisiya Bankı ilə əməkdaşlığın da səmərəli olacağına ümidvar olduğunu qeyd edib, 2013-cü ildə Brüsseldə Azərbaycanla Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişinin imzalandığını bildirib.

Ş. Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, hazırda bir sıra infrastruktur layihələrinin həyata keçirildiyini və sənaye parklarının yaradıldığını, bu istiqamətlər, eləcə də digər sahələr üzrə bankla əməkdaşlıq edilə biləcəyini diqqətə çatdırıb.


Müəllif:

Oxşar xəbərlər