27 Avqust 2021 18:56
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nümayəndəsi Katerine Tai Türkiyənin Ticarət Naziri Mehmet Muşdan ABŞ texnologiya şirkətlərinə tətbiq edilən Rəqəmsal Xidmət Vergisinin ləğvini tələb edib.

Teleqraf.com xəbər verir ki, keçirilən onlayn görüşdə tərəflərin iki ölkə arasındakı ticarətin gücləndirilməsi barədə razılığa gəlib.

Katerine Tai Türkiyədə fəaliyyət göstərən ABŞ şirkətləri üçün bazara çıxışı artırmaq kimi ortaq maraq sahələrini müzakirə edib.

O, fərdi şəkildə tətbiq olunan Rəqəmsal Xidmət Vergilərinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və G20-dəki proseslərlə əlaqədar olaraq aradan qaldırılmasının ABŞ üçün kritik əhəmiyyətə malik olduğunu bəyan edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər