6 Sentyabr 2021 12:46
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon şirkətlərinin 90 faizi ölkə iqtisadiyyatının 2022-ci ildə COVID-19-un mənfi təsirindən xilas olacağına ümid edir.

Teleqraf.com xəbər verir ki, araşdırmaya görə 2022-ci ildə şirkətlərin 75 faizi orta artım, 15 faizi genişlənmə gözləyir, 5 faizi isə şərtlərin dəyişməyəcəyini təxmin edir.

Orta artım gözləyənlərin 93 faizi təxminlərini COVID-19 peyvəndlərinin yayılması ilə, 83 faizi isə şəxsi istehlakın yaxşılaşması ilə əlaqələndirir. 72 faiz isə iqtisadi fəaliyyətlərdəki COVID-19 məhdudiyyətlərinin sona çatmasının mülayim artıma müsbət təsir edəcəyini gözləyir.

Sorğuda iştirak edən firmaların 26 faizi 2022-ci ildə şirkət satışlarının epidemiyadan əvvəlki səviyyəyə qayıdacağını, 16 faizi isə 2023-cü ildə bu səviyyəyə çata biləcəyini gözləyir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər