23 Sentyabr 2021 13:53
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 76,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel çoxdur.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,9 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,02 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,83 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər