20 Oktyabr 2021 12:29
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya təbii qaz tədarükünü artırmaq müqabilində Almaniya və Avropa İttifaqından (Aİ) “Şimal axını-2” boru kəməri üçün qanuni tənzimləyici təsdiq verməsini istəyir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Avropanın enerji böhranı davam edərkən, Moskva rəhbərliyi gizli şəkildə Almaniyaya və Aİ-yə qapalı şəkildə "Şimali axın-2” yoxdursa, qaz da yoxdur" deyə təhdid edib.

Rusiya Federasiyası Şurasının beynəlxalq məsələlər Komitəsinin sədri Konstantin Kosaçev enerji böhranı yaşayan Avropaya əlavə qaz tədarük etməyəcəklərinə işarə vurub: Bizə aid olmayan səhvləri düzəltmək üçün addım ata bilmərik. Biz bütün müqavilə şərtlərinə əməl edir və bütün öhdəliklərimizi yerinə yetiririk. Qalan hər şey qarşılıqlı faydanı təmin edən müqavilələrə tabe olmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı