10 Dekabr 2021 16:13
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi yeni nəsil qaz sayğaclarının tətbiqinə başlayacaq. Yeni nəsil qaz sayğacları indiyədək tətbiq olunanlardan bir çox üstünlükləri ilə fərqlənəcək.

Teleqraf.com xəbər verir ki, sayğaca quraşdırılacaq xüsusi cihazın insan faktoru və abonentlərlə Birlik əməkdaşlarının təması olmadan sərfiyyat və müdaxilələrə nəzarət imkanı olacaq.

Mərkəzləşdirilmiş sistem imkan verəcək ki, abonentlər ödənişlərini onlayn qaydada həyata keçirsin.


Müəllif: Yeganə Oqtayqızı