17 Noyabr 2014 20:28
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan Maliyyə Nazirliyinin 4,5 milyard leva (2,25 milyard avro) məbləğində yeni xarici borc axtardığı açıqlanıb. Teleqraf.com-un məlumatına görə, Bolqarıstan Milli Radiosu (BNR) yeni borcların daxili və xarici mənbələrlə əsaslandırılacağını bildirib.

Xatırladaq ki, büdcədə yenidən tənzimləmə layihəsi noyabrın 7-ə qədər iqtidarda olan köhnə keçici hökumətin maliyyə nazirliyi tərəfindən hazırlanmışdı. Parlamentdə sabah müzakirə ediləcək qanunun hələ təsdiqlənməməsi səbəbindən Baş nazir Boyko Borisov hökumətinin borc üçün hansı banklarla əlaqələr yaratdığı açıqlanmayıb.

Maliyyə naziri Vladislav Goranov alınacaq borcun 1,5 milyard avroya yaxın hissəsinin xarici banklardan çəkiləcəyini qeyd edib. Araşdırılan digər qaynaqlar arasında dövlət daxili borclanma sənədlərinin də iştirak etdiyi təxmin edilir.

İlin sonuna qədər alınması lazım olan borcun bir qismi ölkənin bank və maliyyə sisteminin modernləşdirilməsinə yönəldiləcək.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər