Ermənistan hökuməti 2022-ci il yanvarın 1-dən etibarən Türkiyə mallarına qoyulan embarqonu aradan qaldıracağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyə mallarının ölkəyə idxalına tətbiq edilən embarqonun uzadılmamasına qərar verilib.
Qeyd edək ki, Türkiyə mallarına idxal qadağası 31 dekabr 2020-ci ildə qüvvəyə minib, daha sonra 31 dekabr 2021-ci ilə qədər uzadılıb.
İrəvan administrasiyası embarqo qərarına səbəb kimi Türkiyənin Qarabağ əməliyyatları zamanı Azərbaycana dəstək verməsini göstərmişdi.