Yanvarın 1-dən Qazaxıstanda Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib.
Teleqraf.com xəbər verir ki, dəyişikliklər “Google vergisi” adlanan vergini də nəzərdə tutur.
Qazaxıstan İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, dəyişikliklərə əsasən internet vasitəsilə xidmətlər göstərən və mal satan bütün xarici şirkətlər respublikanın büdcəsinə ƏDV ödəməli olacaqlar.
Vergi dərəcəsi reallaşdırılan malların məbləğinin 12%-ni təşkil edir. Bu, yerli ödəyicilərə təsir etməyəcək.