Türkiyə Neft Şirkətinin (TPAO) Diyarbəkir və Şanlıurfada 45 min 783 hektar ərazini əhatə edən neft kəşfiyyatı lisenziyasının müddəti 2 il uzadılıb.
Teleqraf.com xəbər verir ki, Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsinin qərarı Rəsmi Qəzetdə dərc olunub.
Müvafiq olaraq, TPAO Diyarbakır və Şanlıurfa vilayətlərində 45 min 783 hektar ərazini əhatə edən və ilk uzadılma müddəti 30 dekabr 2021-ci il tarixinə qədər başa çatan neft kəşfiyyatı lisenziyasının uzadılması üçün müraciət edib.
Sözügedən neft kəşfiyyatı lisenziyasının 2 il müddətinə 2023-cü il dekabrın 30-dək uzadılmasına qərar verilib.