İqtisadçılar Ukrayna ilə Rusiya arasında gərginliyin artacağı təqdirdə Rusiya valyutasının ən azı 20 faiz dəyər itirəcəyini proqnozlaşdırıblar.
Teleqraf.com xəbər verir ki, “Renaissance Capital” investisiya bankının analitikləri hadisələrin arzuolunmaz istiqamətdə getdiyi təqdirdə sərt sanksiyalar paketinin qaçılmaz olduğunu bildirirlər.
Ekspertlərin fikrincə, bu halda 76-77 rubl səviyyəsində olan dolların məzənnəsi 85-90 rubl diapazonuna yüksələ bilər.
İqtisadçılar hərbi ssenarinin reallaşma ehtimalının 15 faiz olduğunu proqnozlaşdırırlar. Daha yumşaq eskalasiya (gücdən salma) ehtimalı 40 faizdir.
Analitiklər proqnozlaşdırırlar ki, likvidlik böhranı səbəbindən ən pis halda Rusiya Mərkəzi Bankı kapitala nəzarət və qeyri-rezidentlər üçün federal istiqrazların satışından komissiyalar kimi təcili tədbirlərə müraciət edə bilər.