23 Yanvar 2022 23:57
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb.

"İdxal, ixrac əməliyyatlarını həyata keçirən yük avtomobillərinin risk əsaslı avtomatlaşdırılmış sistem vasitəsilə keçidinin təmini üçün sərhəd risklərinin idarə olunması sisteminin modul layihəsi hazırlanıb, hazırda test olunaraq mərhələli tətbiq edilir", - Dövlət Gömrük Komitəsinin sədri qeyd edib.


Müəllif: Teleqraf.com