3 Fevral 2022 10:39
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 93,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel azdır.

Teleqraf.com-un məlumatına görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 92,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 86,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 91,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər