5 Fevral 2022 16:54
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Cənub Qaz Dəhlizinin genişləndirilməsi və enerji keçidi ilə bağlı plenar sessiyalarda bizim çox məhsuldar görüşümüz baş tutdu. Tədbir zamanı bir çox ölkələrə məxsus şirkətlər Azərbaycanın təbii qaz nəqlinin həcm və təhlükəsizliyinin artırılması ilə bağlı müxtəlif təqdimatlarla çıxış etdilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şimali Makedoniya bu layihənin bir hissəsi olmaqda maraqlıdır.

“Bu istiqamətdə işlər artıq başlayıb və biz bu il ərzində Trans-Atlantik boru kəmər layihəsinə birbaşa qoşulmağı planlaşdırırıq. Hesab edirik ki, bu, təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəzisliyinin artırılmasına, eləcə də ətraf mühitin çirklənməsinin həcminin azalmasına töhfə verəcək”, - deyə nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər