“Qaz İxrac” İdarəsinə məxsus “Astara-Qazıməmməd” magistral kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə 10.03.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə təchizat dayandırılacaq.
Bu barədə Teleqraf.com-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə mavi yanacağın verilməsində məhdudiyyət yaranacaq.
Qeyd edək ki, işlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.