7 Sentyabr 2022 18:20
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə SOCAR-ın Batman vilayətində neft ehtiyatlarının kəşfiyyatı ilə bağlı razılıq əldə edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı olaraq SOCAR-ın Kompleks qazma işləri müəssisəsinin nümayəndəsi Zəkiulla Kərimovla Batman vilayətinin valisi Əkrəm Canalp arasında görüş keçirilib.

Qeyd olunur ki, SOCAR nümayəndələri valini gələcək kəşfiyyat işləri barədə məlumatlandırıb.

Eyni zamanda, Z.Kərimov ilkin tədqiqat işləri ilə tanış olub.

Qeyd edək ki, iki ölkə arasında əldə olunan razılaşmaya əsasən, Batman ərazisində bir sıra qazma işləri planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər