17 Sentyabr 2022 14:16
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada enerji böhranı günü-gündən böyüyür. Araşdırmalara görə, vətəndaşlar və sənaye şirkətləri artan enerji xərcləri ilə mübarizə aparmaq üçün enerji ventillərini tənzimləməyə başlayıblar.

Teleqraf.com Avropada enerji tənzimləyici təşkilatlarının apardığı sorğuya istinadən xəbər verir ki, böhranın növbəti iki ildə də davam edəcəyi proqnozlaşdırılır.

Almaniyanın aparıcı enerji şirkəti “E.ON”un müştəri xidmətinin işçiləri getdikcə daha çox ümidsiz müştərilərə sahib olduqlarını bildiriblər. Bəziləri məyusluqdan aqressivləşir, digərləri isə göz yaşları içərisindədir və psixoloji dəstəyə ehtiyac duyurlar.

Almaniyada ötən il 1 meqavat üçün 85 avro olan elektrik enerjisinin qiyməti 610 avroya yüksəlib. Almaniya vətəndaşlarının 40%-i bu qış elektrik və qaz pulunu ödəyə bilməyəcək.

Belçikanın enerji tənzimləyici təşkilatı “Vreg” bir ailənin ortalama illik elektrik enerjisi və təbii qaz istehlakı üçün ödəyəcəyi cari rəqəmləri ehtiva edən məlumatlar paylaşıb. Aparılan araşdırmaya görə, Belçikada yeni elektrik və təbii qaz müqaviləsi bağlayacaq bir ailənin illik elektrik fakturası orta hesabla 3 min 256 avro, təbii qaz fakturası isə 5 min 954 avro olacaq.

Ötən ilin eyni dövründə Belçikada orta illik elektrik haqqı ortalama 1051 avro olub. Beləliklə, ölkədə elektrik enerjisinin qiyməti 1 ildə 3 dəfə artıb.

Böyük Britaniyada 2023-cü il üçün proqnozlar da böhranın dərinləşəcəyini göstərir. 2023-cü ilin aprelində enerji ödənişlərinin Böyük Britaniya üçün orta hesabla 6 min funt-sterlinqdən çox olacağı gözlənilir. 2021-ci ilin oktyabr ayından bəri ev təsərrüfatlarında 400 faizdən çox artım yaşayıb.

Böyük Britaniyanın ev təsərrüfatları üçün qaz və elektrik enerjisi üzrə birdəfəlik gəliri gələn ilin yazına qədər 6 faizdən 21 faizə yüksələcək.

Ölkədə 2070 nəfər arasında aparılan sorğuya əsasən, ictimaiyyətin yarısından çoxu enerji böhranının 2023 və 2024-cü illərdə də davam edəcəyinə inanır. Bunun ən azı iki və ya daha çox çəkəcəyi proqnozlaşdırılır.

İngiltərədə maaşın beşdə biri enerjiyə gedir.

Keçən ay Hollandiyada sürətlə artan enerji xərcləri aylıq elektrik ödənişlərini 400-600 avroya çatıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər