1 Oktyabr 2022 21:07
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) gələn həftə 2020-ci ilin martından bəri ilk canlı görüş keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, iclasın məqsədi qiymətlərin son enişini dayandırmaq üçün neft hasilatının azaldılmasını nəzərdən keçirməkdir.

Məlumata görə, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi 23 dövlət alyansı çərşənbə günü Vyanadakı qərargahında görüşməyi planlaşdırır. Bütün ölkələr qısa xəbərdarlıq səbəbindən nümayəndələrini göndərə bilməyəcəklərini bildirib.

Hər ay onlayn görüş təşkil edən qrupun ən azı bu ilin sonuna qədər canlı görüş keçirməsi gözlənilmirdi.

ABŞ bankı “JPMorgan Chase & Co.” qiymətləri sabitləşdirmək üçün “OPEC plyus”un hasilatı gündə ən azı 500 min barel azaltmalı olacağına diqqət çəkib.

Qeyd edək ki, fevralda Rusiya Ukraynanı işğal edəndən sonra Brent markalı neft 125 dollar/bareldən yuxarı qalxıb. İnflyasiya ilə mübarizə metodları çərçivəsində mərkəzi banklar faiz dərəcələrini artırıb, iqtisadiyyatların yavaşlaması səbəbindən neft 85 dollara düşüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər