10 Dekabr 2014 02:31
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berkshire Hathaway fondunun sahibi, investor Uorren Baffett dünyanın ikinci zəngin insanı olub.

Teleqraf.com Marketwatch.com saytına istinadla xəbər verir ki, keçən həftənin yekununa görə, Baffettin varidatı 73,7 milyard dollara yüksəlib və nəticədə o, meksikalı media-maqnat Karlos Slimi təxminən 300 milyon dollar qabaqlayıb. Milyarderlər siyahısında Baffetti yalnız Microsoft kompaniyasının banisi Bill Qeyts üstələyir.

Berkshire fondunun aksiyaları 2014-cü ilin əvvəlindən 27 faiz bahalaşıb və bu da Baffettin varidatının artmasına səbəb olub. Son zamanlar biznes sahəsində aktivlik göstərərək Procter & Gamble firması ilə Duracell batareyaları brendini əldə etmək barədə razılığa gələn Berkshire Hathaway iki ay bundan əvvəl ABŞ-ın Van Tuyl Group avtodiller şəbəkəsini də satın almışdı.

Bununla yanaşı, fond Burger King restoranlar və Kanadanın qəhvə şəbəkələrinin alınaraq birləşdirilməsi üçün vəsait ayıra bilər.2014-cü ilin mart ayında isə 10 ən zəngin şəxsin siyahısı belə idi:

1. Bill Qeyts - 76 milyard dollar

2. Karlos Slim - 72 milyard dollar

3. Amansio Orteqa – 64 milyard dollar

4. Uorren Baffett – 58,2 milyard dollar

5. Larri Ellison – 48 milyard dollar

6. Çarlz Kox – 40 milyard dollar

7. Devid Kox – 40 milyard dollar

8. Şeldon Adelson – 38 milyard dollar

9. Kristi Uolton – 36,7 milyard dollar

10. Cim Uolton – 34,7 milyard dollar.


Müəllif:

Oxşar xəbərlər