11 Noyabr 2022 23:55
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkmənistanda keçirilən “Türkmentel - 2022” Beynəlxalq Sərgi və Elmi Konfransında iştirak edən “AzərTelekom”un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev deyib.

“Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, - deyə Fuad Allahverdiyev bildirib.

Qeyd olunur ki, bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.

F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər