11 Dekabr 2022 00:59
3 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müttəfiqi Belarus Ukrayna taxılının Litva limanlarına çatması üçün heç bir ilkin şərt irəli sürməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik açıqlayıb.

O bildirib ki, Belarus BMT-yə Ukrayna taxılının ilkin şərt olmadan Litva limanlarına tranzitinə icazə verəcəyini bildirib.

Belarus bundan əvvəl Ukrayna taxılının Baltik dənizi limanlarına tranziti üçün öz məhsullarının da limanlardan daşınmasına icazə verilməsi şərtini irəli sürmüşdü.

Qeyd edək ki, Ukraynadan ilk gəmi avqustun 1-də yola düşüb. O vaxtdan indiyədək 520-dən çox gəmi ilə 13 milyon tondan çox taxıl daşınıb.


Müəllif: Yeganə Oqtayqızı