25 Fevral 2023 12:47
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Havaların kəskin soyumasına baxmayaraq son sutka ərzində “Azəriqaz”ın 104/185 Çağrı mərkəzinə edilən zənglərin sayında artım qeydə alınmayıb. Geridə qoyduğumuz 12 saat ərzində isə daxil olan mürciətlərin sayı 700 olub ki, bunların da 276-sı debitor borcu olan abonentlərin payına düşür”.

Teleqraf.com xəbər verir ki, bunu “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında bildirib.

Qurum rəsmisi havaların soyuması ilə daxil olan zənglərin operativ şəkildə cavablandırılması baxımından iş başında olan operatorların sayının artırıldığını da qeyd edib.

Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bəzi podratçı şirkətlərin abonentlərdən sayğac pulu adı ilə ödəniş tələb etməsi məsələsinə toxunub. Şöbə rəisi bununla bağlı Birliyə xeyli sayda müraciətin ünvanlandığını qeyd edərək gələcəyin abonentlərinə səslənib.

Ətraflı videomaterialda:


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər