Bu il 250 min ton Rusiya neftinin Qazaxıstan üzərindən Özbəkistana daşınması planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkəti (KazTransOil) açıqlayıb.
“KazTransOil”dən qeyd olunub ki, Rusiya nefti Qazaxıstan ərazisindən keçən Omsk-Pavlodar-Çimkənd (neft yükləmə rəfi) marşrutu ilə daşınacaq: “Neft daşımaları Qazaxıstan Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş neft tədarükü planına uyğun olaraq həyata keçirilir. Bu il Rusiya neftinin “KazTransOil” (Qazaxıstanın magistral neft kəmərinin milli operatoru) ilə Özbəkistana nəqlinin gözlənilən həcm 250 min ton civarındadır”.