3 Aprel 2023 01:18
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatı gündəlik neft hasilatını məhdudlaşdıracaq.

Teleqraf.com xəbər verir ki, may ayından etibarən gündəlik hasilat bir milyon barel azaldılacaq. Səudiyyə Ərəbistanı həmin həcmin yarısını, yəni yarım milyon bareli öz üzərinə götürüb və bu ölkənin Energetika Nazirliyi müvafiq məhdudlaşdırılmanın könüllü şəkildə edildiyini bildirib. Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Əlcəzair də bu təşəbbüsə qoşulub.

Ötən ilin fevral ayında dünya bazarlarında xam neftin qiymətində kəskin bahalaşma baş versə də, yay və payız aylarında qiymətlər düşməyə başladı. Bu ilin mart ayında dünya bazarlarında ucuzlaşmanı nəzərə alaraq, OPEC+ qiymət sabitləşdirməsinə nail olmağa çalışır. Analitiklərin rəyinə görə, hasilatın qismən azaldılması bazarlarda neftin bir barelinin qiymətinin 10 ABŞ dollarınadək artması ilə nəticələnə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər