4 Aprel 2023 15:01
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müflis olan “Signature Bank”ın 60 milyard dollarlıq kredit portfelinin satış prosesi yayın sonunda başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) açıqlayıb.

Məlumatda, portfelin əsasən kommersiya daşınmaz əmlakı (CRE) və kommersiya kreditlərindən ibarət olduğu, həmçinin daha kiçik yaşayış kreditləri həcminin olduğu bildirilib.

Qeyd edək ki, Nyu-Yorkda yerləşən "Signature Bank"ı martın 13-də müflis elan olundu. Bankın 2022-ci ilin dekabrın 31-nə təxminən 110,4 milyard dollar aktivi və təxminən 88,6 milyard dollar depozit portfeli olub. Bank FDIC-ın üzvüdür.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər