5 Aprel 2023 18:58
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Malayziyanın ABŞ dollarından asılılığına heç bir səbəb yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib.

O, ölkənin mərkəzi bankının hazırda Çinlə yerli valyutalarla ticarət üzərində çalışdığını bildirib:

“1990-cı illərdə maliyyə naziri olarkən Asiya Valyuta Fondunun yaradılmasını düşündüm. Ancaq o dövrdə ABŞ dollarının möhkəmlənməsi səbəbindən dəstək tapa bilmədim. Lakin hazırda Çin, Yaponiya və digər ölkələrin iqtisadiyyatlarının gücü sayəsində hesab edirəm ki, biz heç olmasa Asiya Valyuta Fondunu və yerli valyutalardan istifadəni müzakirə etməliyik”.

Qeyd edək ki, Baş nazir martın sonunda Çin lideri Çi Cinpinglə görüşdə Asiya Valyuta Fondunun yaradılmasını təklif edib. İbrahim assambleya iclasında Beynəlxalq Valyuta Fonduna (BVF) və dollardan asılılığın azaldılması zərurətinə diqqət çəkib.

Xatırladıq ki, ötən həftə Rusiya və Çindən sonra Braziliya da Çinlə ikitərəfli ticarətdə dollar əvəzinə yerli valyutadan istifadə etmək qərarına gəlib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının da neftin qiymətini yuanla müəyyən etmək barədə fikirləri var.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər