“Bir sıra zəif iqtisadi göstəricilərdən sonra ABŞ-da tənəzzül ehtimalı artıb”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş Maliyyə naziri, Harvard universitetinin professoru Lorens Summers açıqlayıb.
O bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) növbəti qərarını mayın 3-də verəcək: “Mövcud sərtləşmə dövrünün çox ləng mərhələlərində olduğumuz aydındır. Kreditlərdə əhəmiyyətli daralmanın olduğu hissinə qapılırıq. Bu nöqtədə tənəzzül ehtimalları artır və düşünürəm ki, FED-i qarşıda çox çətin qərarlar gözləyir”.
Professor qeyd edib ki, ikitərəfli risklər iqtisadiyyatın həddindən artıq istiləşməsinin nəticələrini əks etdirir.