29 Aprel 2023 17:35
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiyaya pomidor ixracı kvotasını 350 min tondan 500 min tona yüksəldib.

Teleqraf.com xəbər verir ki, Rusiyaya pomidor ixracının kvotası ümumilikdə 150 min ton artırılıb.

Türkiyə keçən il Rusiyaya cəmi 377 milyon dollarlıq təzə pomidor ixracı edib. İxracat 2021-ci ildə 68 milyon dollar, 2022-ci ildə isə 33 milyon dollara düşüb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə Rusiyaya pomidor ixracı üçün kvota 350 min tondan 500 min tona qaldırılıb.

Türkiyənin uzun illərdir Rusiyaya pomidor ixracatında lider ölkə olub. Bu qərardan sonra ölkənin yenidən ixracatda lider olacağı gözlənilir.

2023-cü ilin sonuna qədər ümumi ixracatın 500 milyon dollara çatacağı proqnozlaşdırılır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər