Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,7%, yaxud 0,92 dollar ucuzlaşaraq 52,69 ABŞ dolları təşkil edib.
Report-un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,5% və ya 1,46 dollar ucuzlaşaraq 56,42 dollara düşüb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı proqnozlaşdırılır.