17 May 2023 20:57
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan qeyri-qanuni rəqəmsal pul köçürmələrinin qarşısını almaq üçün internetdə mövcud olan kriptovalyuta xidmətlərini qadağan edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Pakistanın gəlir və maliyyə nazirinin müavini Ayşe Qus Paşa açıqlayıb.

O bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Maliyyə Fəaliyyət İş Qrupunun (FATF) şərtləri qadağanı dəstəkləyir: “Pakistan Mərkəzi Bankı və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutaların qadağan edilməsi üzərində çalışır. İslamabad heç vaxt kriptovalyutaları leqallaşdırmayacaq”.

Qeyd edək ki, Pakistan Mərkəzi Bankı 2018-ci ilin aprelində kriptovalyuta ticarəti və mədənçiliyini qadağan edib. Buna baxmayaraq, kriptovalyutalara tələbat artmaqda davam edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Çirkli Pulların Yuyulmasının Qarşısının Alınması üzrə Maliyyə Fəaliyyət Qrupu (FATF) tərəfindən 2018-ci ilin iyununda “boz siyahı”ya salınan Pakistan 2022-ci il oktyabr 21-də bu siyahıdan çıxarılıb. Təşkilat Pakistanı terrorizmi maliyyə cəhətdən dəstəkləməkdə və çirkli pulların yuyulmasının qarşısını ala bilməməkdə ittiham edirdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər