6 Yanvar 2015 00:39
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmaqda davam edir. Belə ki, bu gün Brent markalı neftin bareli bir qədər də ucuzlaşaraq, 53 dollardan aşağı düşüb. Ötən günlə müqayisədə neftin dəyəri ümumilikdə 6,47 faiz ucuzlaşıb.

Teleqraf.com-un məlumatına görə, WTI markalı neftin qyiməti isə yanvarın 5-də 2009-cu ilin aprelindən bəri ilk dəfə olaraq, 50 dollardan aşağı düşüb. Belə ki, bu markalı neftin bareli 49,95 dollara satılıb.

Qiymətin kəskin şəkildə ucuzlaşmasından daha çox ziyan çəkən ölkə hazırda Rusiyadır. Belə ki, Rusiya hazırda postsovet dövrü üçün rekord miqdarda - gündə 10,667 milyon barel neft ixrac edir.

İraq hökumətinin neft ixracını gündə 3,3 milyon barelə qədər artırmağa qərar verməsi neftin ucuzlaşmasını daha da sürətləndirib. Rəsmi Bağadad dekabrda hər gün 2,94 milyon barel neft ixrac edib. Bu, İraq üçün 1980-ci ildən bəri ən yüksək göstəricidir.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər